Tez-tez verilən suallar
HIRI nədir?
HIRI işəgötürənlər və iş axtaranlar üçün yaradılmış onlayn vakansiya və müraciət platformasıdır.
Necə qeydiyyatdan keçə bilərəm?
Əsas səhifədə “Qeydiyyat” düyməsini klikləyin və tələb olunan məlumatları daxil edin. Təsdiq e-poçtu vasitəsilə hesabınızı aktiv edin.
Vakansiya necə yerləşdirilir?
Hesabınıza daxil olun, “Vakansiyalar” səhifəsinə keçin, Vakansiya yarat bölməsinə keçdikdən sonra məlumatları doldurun və Od ilə aktivləşdirin.
CV-lərə necə baxıram?
Namizədin CV-sinə baxmaq üçün Od ödəməlisiniz. Ödənişdən sonra bəzi məxfi məlumatlara baxış açılır.
Test mərhələsi necə işləyir
Vakansiyaya test əlavə etdikdə namizədə suallar və vaxt limiti göstərilir. Namizəd yalnız müəyyən olunmuş vaxtda testi tamamlamalıdır.
Od nədir və necə işləyir?
Od – platforma daxilində istifadə olunan valyutadır. Vakansiya yerləşdirmək, CV-yə baxmaq və digər funksiyalar üçün istifadə olunur.
Od necə alınır?
Menyudan “Od əldə et” bölməsindən uyğun paket seçib ödəniş etməklə əldə edə bilərsiniz.
Od geri qaytarılırmı?
Xeyr. Alınmış Od-lar istifadə edildikdən sonra geri qaytarılmır.
Vakansiyamı necə redaktə və ya silə bilərəm?
Paylaşılan vakansiyalar bölməsinə daxil olaraq müvafiq vakansiya üzərində “Redaktə et” və ya “Sil” düyməsinə klikləyə bilərsiniz.
Dəstək komandası ilə necə əlaqə saxlaya bilərəm?
Əlaqə bölməsindən və ya [email protected] vasitəsilə bizə yaza bilərsiniz.
Od yüklədim, lakin balansım yenilənmədi. Nə etməliyəm?
Bu halda ödəniş qəbzinizi saxlayaraq [email protected] ünvanına yazın və dəstək komandası ilə əlaqə saxlayın.
Testə daxil edilən zaman limiti necə işləyir?
Namizəd testə başladıqda timer aktivləşir. Zaman bitdikdə test avtomatik bağlanır və cavablar qeydə alınır.
Namizədə baxmaq üçün Od ödədim, amma məlumatlar açılmadı.
Sistem səhvi yaşandıqda dərhal bizimlə əlaqə saxlayın. Mümkün texniki problem varsa araşdırılıb düzəldiləcək.
Vakansiya yerləşdirdim, lakin təsdiqlənməyib. Niyə?
Vakansiya platforma qaydalarına uyğun deyilsə və ya məlumatlar natamamdırsa, moderasiya tərəfindən imtina edilə bilər. İmtina səbəbi vakansiya daxilində göstərilir.
Vakansiyalar neçə gün aktiv qalır?
Vakansiyaların standart olaraq aktiv qalma müddəti yoxdur. İstifadəçi nə zaman deaktiv edersə o zaman vakansiyanın aktivliyi sonlandırılır.